Rusiyanın Voronej vilayətində pilotsuz uçuş aparatlarının hücumundan sonra sursat anbarında yanğın baş verib, vətəndaşlar təxliyə edilir
Rusiyanın Voronej vilayətində pilotsuz uçuş aparatlarının hücumundan sonra sursat anbarında yanğın baş verib, vətəndaşlar təxliyə edilir

Rusiyanın Voronej vilayətində pilotsuz təyyarənin hücumundan sonra sursat anbarında yanğın baş verib. Yerli sakinlərin sözlərinə görə, anbarda partlayıcı maddələr saxlanılır, vətəndaşların təxliyyəsinə başlanılıb.

Voronej qubernatoru Aleksandr Qusev</strong>in izah etdiyi kimi, pilotsuz uçuş aparatları zenit müdafiəsi ilə vurulub, anbarda baş verən yanğın isə pilotsuz təyyarələrin dağıntılarının düşməsi nəticəsində baş verib.

Qusevin sözlərinə görə, “partlayıcı maddələrin” işə düşməsi yanğın nəticəsində başlayıb. Onun məlumatına görə, xəsarət alan yoxdur. Fövqəladə xidmətlər və hərbçilər yanğını söndürməyə çalışır.

Qusevin sözlərinə görə, anbarın yerləşdiyi qəsəbədə fövqəladə vəziyyət yerli vaxtla səhər saat ondan qüvvədədir. Vətəndaşlar təxliyə edilib.