Rusiyanın Müdafiə Nazirliyinin məlumatında, İvanovka və Netailove üzərində nəzarəti ələ keçirdikləri deyilir, Ukraynanın Baş Qərargahında isə Ukrayna qüvvələrinin İvanovka yaxınlığında 7 hücumun qarşısını aldığını bildirirlər

Rus qüvvələri Ukraynanın iki yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib. Bu haqda “Reuters” agentliyi Rusiyanın Müdafiə Nazirliyinin məlumatına istinadən yazır.

Söhbət Xarkov bölgəsinin İvanovka və Donetsk vilayətinin Netailove yaşayış məntəqəsindən gedir.

Ukraynanın Baş Qərargahında isə Ukrayna qüvvələrinin Kupyanskın şərqində, İvanovka yaxınlığında 7 hücumun qarşısını aldığını bildirirlər.