Rusiyada "Su-34" tipli qırıcı təyyarə qəzaya uğrayıb
Rusiyada "Su-34" tipli qırıcı təyyarə qəzaya uğrayıb

 
Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Su-34” tipli qırıcı təyyarə Şimali Osetiyada qəzaya uğrayıb, göyərtəsində olan iki pilot həlak olub.

Bu haqda məlumatı rus mediası ölkənin Müdafiə Nazirliyinə istinadən yayır.

Yayılmış məlumata əsasən, “Su-34” planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.

Qəzanın ilkin səbəbi olaraq texniki nasazlıq göstərilir.