Rusiyada Sergey Şoyqunun keçmiş müavini korrupsiya ittihamı ilə həbs edilib
Rusiyada Sergey Şoyqunun keçmiş müavini korrupsiya ittihamı ilə həbs edilib

Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun keçmiş müavini Dmitri Bulqakov korrupsiyada ittiham olunaraq həbs edilib.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, təqsirləndirilən şəxs istintaq təcridxanasına köçürülüb. Onun sözlərinə görə, hazırda “Bulqakovun qanunsuz fəaliyyətinə şərait yaradan” səbəblərin və şərtlərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat işləri aparılır.

Bulqakov 2010-cu ildə Şoyqunun müavini təyin edilib. Rusiya Müdafiə Nazirliyində ordunun maddi-texniki təminatına cavabdeh idi. 2022-ci ilin sentyabrında Bulqakov başqa vəzifəyə keçirilib.

2016-cı ildə Bulqakov Suriya Ekspresi logistik əməliyyatına görə Rusiya Qəhrəmanı adına layiq görülüb. Dmitri Bulqakov bir çox mükafatların, eləcə də “Xidmətə görə” ordeninin sahibidir.