Rusiyada Rostovun Atom Elekrik Stansiyasında baş vermiş radiasiya qəzası ilə bağlı yayılan məlumatın düzgün olmadığını bildirirlər
Rusiyada Rostovun Atom Elekrik Stansiyasında baş vermiş radiasiya qəzası ilə bağlı yayılan məlumatın düzgün olmadığını bildirirlər

Rostovun Atom Elekrik Stansiyası normal işləyir, – bu barədə “Rosenergoatom” teleqram səhifəsində bildirir.

“Sosial şəbəkədə Rostovun Atom Elekrik Stansiyasında baş vermiş radiasiya qəzası ilə bağlı yalan məlumat yayılır”, – deyə bəyanatda deyilib.

Onların məlumatına əsasən, radiasiya səviyyəsi normaldır və bloklar normal işləməyə davam edir.

Bundan əvvəl mediada Rostovun Atom Elekrik Stansiyasında radiasiya qəzası ilə bağlı məlumat yayıldı.