Rusiyada keçirilən 2018-ci ilin Dünya Futbol Çempionatının pərəstişkarları oraya vizasız gedə biləcəklər
Rusiyada keçirilən 2018-ci ilin Dünya Futbol Çempionatının pərəstişkarları oraya vizasız gedə biləcəklər

Rusiyada keçirilən 2018-ci ilin Dünya Futbol Çempionatının dəstəkçiləri oraya vizasız gedə biləcəklər.

Bu barədə məlumat çempionatın təşkilatçı komitəsinin veb-səhifəsində Welcome2018.com-da verilir.

Rusiyaya vizasız getmək üçün futbol pərəstişkarı, həmin veb-səhifədə qetiyyatdan keçib, pərəstişkar pasportu – FAN İD almalıdır.

“Pərəstişkar pasportu” olan şəxslər çempionat ərzindəki bütün matçlarda bilet alıb, iştirak edə biləcəklər.

Dünya Futbol Çempionatı Rusiyada iyunun 14-də başlayacaq və iyulun 15-nə qədər davam edəcək.