Rusiya Xarici İşlər Nazirliyi İranda “Həmas”ın siyasi liderinin öldürülməsini pisləyir və hadisənin gərginliyin daha da artmasına səbəb olacağını bəyan edir
Rusiya Xarici İşlər Nazirliyi İranda “Həmas”ın siyasi liderinin öldürülməsini pisləyir və hadisənin gərginliyin daha da artmasına səbəb olacağını bəyan edir

Rusiya Federasiyası İranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsini pisləyir.

Rusiya Xarici İşlər Nazirliyi Haniyənin öldürülməsini “tamamilə qəbuledilməz siyasi qətl” adlandırır.

Ölkənin xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, HƏMAS liderinin öldürülməsi “gərginliyin daha da artmasına səbəb olacaq”.

HƏMAS-ın bu gün elan etdiyi kimi, İsrail Tehranda reyd zamanı siyasi lideri İsmayıl Haniyəni öldürüb. HƏMAS-ın nümayəndəsi Sami Əbu Zuhri qeyd edib ki, onlar İsraillə açıq müharibədədirlər və istənilən qiyməti ödəməyə hazırdırlar.

HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə sonuncu dəfə dünən İran prezidenti Məsud Fezeşkiyanın andiçmə mərasimində ictimaiyyət qarşısına çıxıb.