Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirdi
Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirdi

Rusiya və Ukrayna 95-95 düsturuna əsasən hərbi əsirləri dəyişdirdi.

Kiyev tərəfindən qayıdan hərbçilər arasında 13-ü Azovstalın müdafiəçisidir.

Əsirlərin mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə baş tutdu.

Ukrayna mediasının yazdığına görə, ukraynalı hərbçilərin əksəriyyətində uzun müddətli müalicə tələb edən yaralar və xroniki xəstəliklər var.

Geri qayıdan Ukrayna hərbçilərinin əksəriyyəti 2022-ci ildən əsirlikdədir. Sərbəst buraxılanlar arasında itkin düşmüş hesab edilən hərbçi də var.

Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə son hərbi əsir mübadiləsi iyun ayında həyata keçirildi.

Bu, artıq müharibə başlayandan bəri 54-cü mübadilədir, Ukraynanın koordinasiya qərargahı 3405 insanı düşmən əsirliyindən geri qaytara bilib.