Rusiya və Ukrayna bu gün hərbi əsirlərin genişmiqyaslı mübadiləsini planlaşdırırlar
Rusiya və Ukrayna bu gün hərbi əsirlərin genişmiqyaslı mübadiləsini planlaşdırırlar

 
Rusiya və Ukrayna bu gün 180 hərbi əsiri dəyişdirəcək-bu haqda “Reuters” məlumat yayır.

Agentliyin məlumatına əsasən, əsirlərin mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə 90-90 prinsipi ilə həyata keçiriləcək.

Ukrayna mediası ötən həftə hökumətin Birləşmiş Ərəb Əmirliklərinin köməyi ilə əsirlərin “böyük mübadiləsini” planlaşdırdığını yazırdı.

Birləşmiş Ərəb Əmirliklərinin də vasitəçiliyi ilə son hərbi əsir mübadiləsi iyun ayında baş tutub.