Rusiya və Çin hərbi təyyarələrlə birgə hava patrulları həyata keçirib
Rusiya və Çin hərbi təyyarələrlə birgə hava patrulları həyata keçirib

 
Rusiya və Çin hərbi təyyarələrlə birgə hava patrulları həyata keçirib.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına əsasən, ölkənin “Su-30SM” və “Su-35S” qırıcıları Rusiyanın Aerokosmik Qüvvələri və Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin təyyarələrini müşayiət edib.

Rusiyanın Aerokosmik Qüvvələrinin “TU-95MS” tipli strateji bombardmançılarından və Çin Ordusunun Hava Qüvvələrinə məxsus “Hun-6k” tipli strateji bombardmançı təyyarələrdən ibarət aviaqrup Çukot, Berinq dənizləri və Şimali Sakit Okean suları üzərində hava patrulları həyata keçirib.

Uçuş zamanı rus və Çin ekipajları hava patrulunun bütün mərhələlərində birgə əməliyyatların yeni sahəsində qarşılıqlı əlaqə məsələlərini işləyiblər. Rus və Çin təyyarələrinin birgə uçuşunun müddəti beş saatdan çox olub.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına əsasən, təyyarələr patrul xidməti zamanı digər dövlətlərin hava məkanını pozmayıblar, lakin marşrutun müəyyən mərhələlərində hava qrupunu xarici ölkələrin qırıcıları müşaiyət ediblər.

“Tədbir 2024-cü ilin hərbi əməkdaşlıq planının icrası çərçivəsində həyata keçirilib və üçüncü ölkələrə qarşı yönəlməyib” – Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.