Rusiya tərəfindən Ukraynanın Toretsk şəhərinə hücum nəticəsində 2 dinc sakin həlak olub
Rusiya tərəfindən Ukraynanın Toretsk şəhərinə hücum nəticəsində 2 dinc sakin həlak olub

 
Rusiya tərəfindən Ukraynada, Donetsk vilayətinin Toretsk şəhərinə hücum nəticəsində 2 dinc sakin həlak olub. Hündürmərtəbəli yaşayış binalarına da ziyan dəyib. Bu haqda yerli hakimiyyət məlumat yayır.

Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin, rus qüvvələrinin şəhərə üç bomba atdığını deyib. Bununla yanaşı, yayılmış məlumata əsasən, hücumlar nəticəsində Toretsk şəhərinin şimal-qərb hissəsində 6 nəfər yaralanıb.

Eyni zamanda, rus hərbçilər Odessa şəhərinin liman obyektlərinə də zərbələr endiriblər.