Rusiya strateji təyinatlı raket qüvvələrinin təlimlərini keçirir
Rusiya strateji təyinatlı raket qüvvələrinin təlimlərini keçirir

 
Rusiya strateji təyinatlı raket qüvvələrinin təlimlərini keçirir. Bu, son bir ayda ikinci belə təlimdir.

Rusiyanın Müdafiə Nazirliyi, Mari-El Respublikasında cari planlı təlimlər çərçivəsində “Yars” raket komplekslərindən istifadə etməklə intensiv manevrlərin həyata keçirildiyi haqda məlumat verir.

Təlim çərçivəsində sözügedən raket komplekslərinin 100 kilometr məsafəyə daşınması, onların kamuflyajı və yerləşdirilməsi üzrə tapşırıqlar işlənib hazırlanır.

İyulda Rusiyanın iki regionunda oxşar təlimlər keçirilib.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatında, “Yars” strateji raket kompleksinin fəaliyyət məsafəsi 11 min kilometr olan qitələrarası ballistik raketlərlə təchiz edildiyi deyilir.