Rusiya ordusunun Ukraynanın Nikolaev şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 4-ə çatıb
Rusiya ordusunun Ukraynanın Nikolaev şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 4-ə çatıb

Rusiya ordusunun Ukraynanın Nikolayev şəhərini raketlə bombalaması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Ukrayna mətbuatının məlumatına görə, partlayış nəticəsində yaralanan şəxs xəstəxanada ölüb. Hücum zamanı iki qadın və 13 yaşlı oğlan da həlak olub.

Ukrayna mətbuatı 4-ü uşaq olmaqla 24 nəfərin qəbul edildiyini yazır.

Partlayış dalğası və dağıntılar 9 mərtəbəli yaşayış binasına, məktəbəqədər təhsil müəssisəsinə və şəxsi avtomobillərə ziyan vurub.

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya hər gün terroru ilə ona az təzyiq olduğunu sübut edir.