Rusiya ordusunun generalı - NATO Rusiyanın ərazisinə nüvə zərbəsi üçün ssenarilər üzərində işləyir
Rusiya ordusunun generalı - NATO Rusiyanın ərazisinə nüvə zərbəsi üçün ssenarilər üzərində işləyir

 
NATO Rusiyanın ərazisinə nüvə zərbəsi üçün ssenarilər üzərində işləyir-bu haqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov deyib.

Rusiyanın yüksək rütbəli hərbi rəsmisi, bu vəziyyətin ölkə sərhədlərinin qorunması üçün adekvat tədbirlərin görülməsini tələb etdiyini bildirib.

“NATO-nun Rusiya sərhədi yaxınlığında kəşfiyyat fəaliyyətinin aktivliyi genişlənir, alyans qoşunlarının əməliyyat-döyüş hazırlığının intensivliyi artır, bu müddət ərzində Rusiya Federasiyasına qarşı hərbi əməliyyatların həyata keçirilməsi, o cümlədən ərazimizə nüvə zərbələrinin endirilməsi ssenariləri üzərində işlənilir”- Vladimir Kulişov qeyd edib.