Rusiya nüvə doktrinasının yenilənməsi üzərində işə başlayıb
Rusiya nüvə doktrinasının yenilənməsi üzərində işə başlayıb

 
Rusiya nüvə doktrinasının yenilənməsi üzərində işə başlayıb.

Kremlin mətbuat katibi Dimitri Peskovun izah etdiyi kimi, prezident Vladimir Puten “doktrinanın hazırki reallıqlara uyğunlaşdırılması istiqamətində işlərin davam etdiyini” açıqlayıb.

O, nüvə silahından istifadə ilə bağlı qərarın qəbul edilməsi vaxtının dəyişdirilməsi məsələsinin müzakirə edildiyini bildirib.

Dumanın Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov da bu yaxınlarda bu haqda danışıb. O, yenilənmiş doktrinada nüvə silahından istifadə məsələsi ilə bağlı qərarların qəbul edilməsi vaxtının dəyişdirilə biləcəyini deyib.