Rusiya məhkəməsi “Wall Street Journal”nın müxbirini 16 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırdı
Rusiya məhkəməsi “Wall Street Journal”nın müxbirini 16 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırdı

Rusiya məhkəməsi ABŞ-ın gündəlik “Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçə 16 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırdı.

Bu barədə rus mediası məlumat yayır.

Evan Qerşkoviç casusluqda ittiham olunur, hərçənd jurnalist ittihamı qəbul etmir.

Evan Qershokoviçi 2023-cü ilin martın 9-da Yekaterinburqda saxladılar. Rusiya kəşfiyyat xidmətinin məlumatına əsasən, jurnalist ABŞ-ın tapşırığı ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti ilə bağlı dövlət sirri olan məlumat toplayıb.