Rusiya mediası - Vladimir Putin Ukraynaya qarşı əks-hücumun başladığını elan edib
Vladimir Putin Ukraynaya qarşı əks-hücumun başladığını elan edib, – bu barədə “Ria Novosti” yazır.
Rusiya prezidenti qeyd edib ki, Ukrayna qoşunları hərbi əməliyyatların heç bir hissəsində qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilməyib.
“Əks-hücuma gəlincə, uğursuz olub-olmamasından asılı olmayaraq, qeyd edə bilərik ki, indiyədək edilən bütün əks-hücum cəhdləri uğursuz alınıb, lakin Kiyev rejiminin potensialı hələ də qalır”, – Putin bildirib.
Rusiya prezidentinin sözlərinə əsasən, son günlər Ukrayna silahlı qüvvələri “klassik” göstəricini üstələyən xeyli itki verib. Eyni zamanda, Putin qeyd edib ki, Rusiya hərbi rəhbərliyi düşmənin əks-hücumları ilə bağlı vəziyyəti döyüş meydanındakı reallığa əsaslanaraq qiymətləndirir.
Rusiya mətbuatının məlumatına əsasən, son sutka ərzində Kiyev 945 əsgər, 33 tank, 38 ədəd zirehli texnika və digər silah növlərini itirib.