Rusiya hökuməti benzin və dizelin ixracını müvəqqəti məhdudlaşdırıb
Rusiya hökuməti daxili bazarı sabitləşdirmək üçün benzin və dizelin ixracını müvəqqəti məhdudlaşdırıb. Bu barədə Rusiya mətbuatı Rusiya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Müvafiq qərarı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb. Hökumətdən verilən məlumata görə, müvafiq qərar daxili bazarda yanacağın qiymətinin sabitləşdirilməsi məqsədilə qəbul edilib.
Rusiya mətbuatının məlumatına görə, Rusiyada yanacağın qiyməti son bir neçə ayda rekord həddə çatıb.