Rusiya qüvvələri Ukraynanın cənub və qərb bölgələrində enerji infrastrukturuna hücum edib
Rusiya qüvvələri Ukraynanın cənub və qərb bölgələrində enerji infrastrukturuna hücum edib

Ötən gecə Rusiya qüvvələri Ukraynanın cənub və qərb vilayətlərində enerji infrastrukturuna hücum edib.

Ukrayna Energetika Nazirliyinin məlumatına görə, obyektlərdən birində iki energetik xəsarət alıb. Onlar xəstəxanaya aparılır.

Ukraynanın elektrik sistemlərinin operatoru olan “Ukrenerqo”nun məlumatına görə, Zaporojya və Lvov vilayətlərində yerləşən obyektlərdəki avadanlıqlar zədələnib.

Rusiya gecə saatlarında müxtəlif raketlər və “Şəhid” tipli pilotsuz təyyarələrlə Ukraynaya hücum edib. O cümlədən, rus işğalçıları Ukraynanın müxtəlif bölgələri istiqamətində 16 raket və 13 pilotsuz təyyarə atıblar ki, bunlardan Ukrayna hava hücumundan müdafiə qüvvələri 12 raketi və 13 pilotsuz təyyarənin hamısını məhv edib.