Rusiya qüvvələri Poltava vilayətinin mülki infrastrukturunu bombalayıb, 9 nəfər yaralanıb
Rusiya qüvvələri Poltava vilayətinin mülki infrastrukturunu bombalayıb, 9 nəfər yaralanıb

Rusiya qüvvələri Poltava vilayətinin mülki infrastrukturunu bombalayıb. Vilayət administrasiyasının məlumatına əsasən, 9 nəfər yaralanıb. Dağıntılar altında qalan insanlar ola bilər.

Poltava vilayət administrasiyasının rəhbəri Filip Proninin məlumatına görə, bir neçə çoxmərtəbəli binaya ziyan dəyib.

Hücum nəticəsində həmçinin, elektrik verilişi xətləri də zədələnib, buna görə on minlərlə abonent elektrik enerjisi ilə təmin olunmur. Proninin bildirdiyinə görə, briqadalar artıq elektrik enerjisinin verilməsini bərpa etməyə çalışırlar.