Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin Krivi-Rihi şəhərini bombalayıb
Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin Krivi-Rihi şəhərini bombalayıb

Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin Krivi-rixi şəhərini bombalayıb. 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

“Rusiya terroru hər gün və hər saat sübut edir ki, Ukrayna öz tərəfdaşları ilə birlikdə hava hücumundan müdafiəni gücləndirməlidir”, – Zelenski yazıb.

Prezidentin sözlərinə görə, müasir hava hücumundan müdafiə sistemləri ukraynalıların, Ukrayna şəhərlərinin və mövqelərinin maksimum mühafizəsini təmin edə bilər.

Zelenski qeyd edir: “Bizim onlara mümkün qədər çox ehtiyacımız var.