Rusiya gecə saatlarında “Şahed” tipli 20 pilotsuz uçuş aparatı ilə Ukraynaya hücum edib, Ukrayna hava hücumundan müdafiə qüvvələri onlardan 14-nü vurmağa nail olub
Rusiya gecə saatlarında “Şahed” tipli 20 pilotsuz uçuş aparatı ilə Ukraynaya hücum edib, Ukrayna hava hücumundan müdafiə qüvvələri onlardan 14-nü vurmağa nail olub

Rusiya gecə saatlarında “Şahed” tipli 20 pilotsuz uçuş aparatı ilə Ukraynaya hücum edib, Ukrayna hava hücumundan müdafiə qüvvələri onlardan 14-nü vurmağa nail olub.

Rusiya Odessa vilayətinin liman infrastrukturuna raket zərbəsi endirib. Nəticədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, mühafizəçi və yük maşını sürücüsü həlak olub, dənizçi isə yaralanıb.

Kiper həmçinin Odessa vilayətində mülki gəminin zədələndiyini bildirir.