Rusiya Dneprdə yaşayış binasına raket zərbəsi endirib, yaralananlar var
Rusiya Dneprdə yaşayış binasına raket zərbəsi endirib, yaralananlar var

Rusiya Dneprdə doqquzmərtəbəli yaşayış binasına raket zərbəsi endirib, xəsarət alanlar var, Ukrayna mətbuatı xəbər verir.

Medianın məlumatına görə, hazırda xəsarət alanların dəqiq sayı barədə məlumat verilmir.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lisakın sözlərinə görə, doqquzmərtəbəli binanın dörd mərtəbəsi tamamilə uçub.

Hadisə yerində yanğınsöndürmə və xilasetmə qrupları işləyir, təcili yardım da səfərbər olunur.