Rusiya Böyük Britaniyanın 15 vətəndaşına sanksiya tətbiq edib
Rusiya Böyük Britaniyanın 15 vətəndaşına sanksiya tətbiq edib

 
Rusiya Böyük Britaniyanın 15 vətəndaşına sanksiya tətbiq edib.

Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Britaniya özəl şirkətlərinin ukraynalı hərbçilərin hazırlıqdan keçməsində iştirak edən təhlükəsizlik sahəsində çalışan nümayəndələri, Kiyevə yardım edən hərbi sənaye kompleksi müəssisələrinin rəhbərləri, eləcə də anti-Rusiya mövqeyinə malik ekspertlər və publisistlər “qara siyahı”ya salınıb.

Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında, sanksiyalar siyahısının genişləndirilməsinin Londonun aqressiv hərəkətlərinə cavab tədbirləri çərçivəsində baş tutduğu deyilir.

Bir neçə müdafiə şirkətinin rəhbəri, eləcə də Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Naycel Quld-Devis və “Daily Telegraph” nəşrinin rəyçisi Rusiyanın sanksiya siyahısına daxil edilib.