Rus mediası, Ukraynanın Sevastopola raket hücumu nəticəsində yaralananların sayının 151-ə yüksəldiyi haqda məlumat verir
Rus mediası, Ukraynanın Sevastopola raket hücumu nəticəsində yaralananların sayının 151-ə yüksəldiyi haqda məlumat verir

 
Rusiya tərəfindən işğal edilmiş Sevastopola Ukraynanın raket hücumu nəticəsində yaralananların sayı 151-ə yüksəlib. Onlardan 82-si xəstəxanaya yerləşdirilib. Bu haqda rus mediası şəhərin qubernatoruna istinadən məlumat yayır.

Yaralananlar arasında azyaşlılar da var. Son məlumata əsasən, həlak olmuş beş nəfərdən üçü uşaqdır.

Rus mediası, hücumun “ATACMS” tipli operativ-taktiki raketlə həyata keçirildiyi haqda məlumat verir.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, “Amerika Birləşmiş Ştatları Ukrayna hakimiyyəti ilə birlikdə Ukrayna Silahlı Qüvvələri tərəfindən Sevastopola məqsədyönlü raket hücumuna görə məsuliyyət daşıyır”.