Rus işğalçıları Xurvaleti kəndinin yanında nəzarət qülləsinin tikintisinə davam edirlər [Foto/Video]
Rus işğalçıları Xurvaleti kəndinin yanında nəzarət qülləsinin tikintisinə davam edirlər [Foto/Video]

Xurvaleti kəndinin yanında rus işğalçıları nəzarət qülləsinin tikinti işlərinə davam edirlər.

Hazırda Xurvaletinin yanında 10-a qədər rus əsgəri var.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, qeyd olunan məsələ ilə bağlı Avropa İttifaqının müşahidəçilik missiyasına da məlumat verilib.

Xurvaleti kəndinin yanında işğalçı rejim tərəfindən nəzarət qülləsinin tikilməsi ilə bağlı işlər iki gün bundan öncə başladı.