Rumıniyanın xarici işlər naziri Rusiyaya məxsus dronların qalıqlarının Rumıniya ərazisində tapıldığını təsdiqləyib
Rumıniyanın xarici işlər naziri Rusiyaya məxsus dronların qalıqlarının Rumıniya ərazisində tapıldığını təsdiqləyib

 
Rumıniyanın xarici işlər naziri Luminita Odobesku Rusiyaya məxsus dronların qalıqlarını Rumıniya ərazisində tapdıqlarını təsdiqləyib. Nazir, Rumıniyanın insidentlə bağlı müttəfiqlərini məlumatlandırdığını bildirib.

“Rusiya Ukraynanın mülki infrastrukturuna qarşı növbəti dəhşətli hücum həyata keçirdi. Qalıqlar Rumıniya ərazisində tapıldı. Sözügedən məsələ ilə bağlı müttəfiqlərimizi məlumatlandırmışıq və onlarla koordinasiyadayıq. Rumıniya bu məsuliyyətsiz hərəkətləri qətiyyətlə qınayır” – rumıniyalı diplomat “X” sosial şəbəkəsində yazır.

Dünən Rusiya “Shahed” dronları ilə Ukraynanın cənub istiqamətində hücum həyata keçirib və bu zaman Dünya çayı üzərində yerləşən İzmail limanı bombalanıb. Rusiyanın Odessa vilayətinə hücumu zamanı Rumıniya “F-16” qırıcılarını havaya qaldırıb. Həmçinin, Ukrayna ilə sərhəddə yerləşən və dronların qalıqlarının düşə biləcəyi Plaurus qəsəbəsinə mütəxəssislər göndərilib.