Roma Papası ümid edir ki, Paris Olimpiadası dünya münaqişələrində atəşkəs üçün fürsət yaradacaq
Roma Papası ümid edir ki, Paris Olimpiadası dünya münaqişələrində atəşkəs üçün fürsət yaradacaq

Roma Papası Fransisk ümid edir ki, Paris Olimpiadası dünyadakı münaqişələrdə sülh üçün fürsət yaradacaq. Franciske bu barədə bazar günü çıxışı zamanı danışıb. O, idmançıları sülh elçisi və gənclərə örnək olmağa çağırıb.

“Bu həftə Parisdə Olimpiya Oyunlarının, ardınca isə Paralimpiya Oyunlarının startını görəcəyik. İdman böyük sosial gücə, müxtəlif mədəniyyətlərə malik insanları sülh yolu ilə birləşdirmək qabiliyyətinə malikdir. Ümid edirəm ki, bu tədbir bizim qurmaq istədiyimiz inklüziv dünyanın bir əlaməti ola bilər və idmançılar xüsusilə gənclər üçün sülh və gözəl nümunələrin elçiləri olacaqlar. Qədim ənənəyə görə, Olimpiada sülh üçün səmimi istək nümayiş etdirərək müharibələrdə barışıq elan etmək imkanı olsun”. – Papa bildirib.

Paris Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da keçiriləcək. Tədbirdə 10500-ə yaxın idmançı və 100-dən çox dövlət və hökumət başçısı iştirak edəcək.