Roberta Metsolanı ikinci müddətə Avropa Parlamentinin prezidenti seçiblər
Roberta Metsolanı ikinci müddətə Avropa Parlamentinin prezidenti seçiblər

 
Roberta Metsolanı ikinci müddətə Avropa Parlamentinin prezidenti seçiblər. O, səslərin çoxunu toplaya bilib.

Metsolanın namizədliyini 562 nümayəndə dəstəkləyib, səsvermədə isə ümumilikdə 623 deputat iştirak edib. Roberta Metsola 2,5 il müddətinə Avropa Parlamentinə rəhbərlik edəcək.

Avropa Parlamentinin prezidentliyi uğrunda iki namizəd – Roberta Metsola və ispan İren Montero mübarizə aparırdı.

Xatırladaq ki, Roberta Metsolanı bu vəzifəyə ilk dəfə 2022-ci ilin əvvəlində seçiblər.