Robert Fitsonu öldürmək cəhdi terror aktı kimi təsnif edilib
Robert Fitsonu öldürmək cəhdi terror aktı kimi təsnif edilib

 
Slovakiyanın Baş naziri Robert Fitsonu öldürmək cəhdi terror aktı kimi təsnif edilib. Bu haqda məlumatı Slovakiyanın baş prokuroru Maroş Jilinka yayır.

Slovakiyanın baş prokuroru sosial şəbəkədə, bu gün müttəhimə ittiham olunduğu əməlin hüquqi kvalifikasiyasının dəyişdirilməsi haqda məlumat verildiyini yazır.

“Əldə edilmiş sübutlar əsasında, cinayət təqibi hüquqi cəhətdən terror aktının xüsusilə ağır cinayəti kimi təsnif ediləcək” – Maroş Jilinka deyir.

Robert Fitsoya hücum mayın 15-də edilib. Hücumla əlaqədar Slovakiyanın Baş nazirinə yaxın məsafədən 4 dəfə atəş açan 71 yaşlı Yuray Tsintula saxlanılıb.