Rişi Sunak parlamenti işdən azad etdi, ümumi seçkilər iyulun 4-də keçiriləcək
Rişi Sunak parlamenti işdən azad etdi, ümumi seçkilər iyulun 4-də keçiriləcək

Birlləşmiş Krallıqda ümumi seçkilər iyulun 4-də keçiriləcək.

Sunakın sözlərinə görə, o, artıq Kral III Çarlza parlamentin azad etmək çağırışı ilə müraciət etdi və monarx bu tələbi yerinə yetirdi.

Plana əsasən, seçkilər 2025-ci ilin yanvar ayının sonuna qədər keçirilməli idi, hərçənd, hələ yanvar ayında Rişi Sunak seçkilərin 2024-cü ilin ikinci yarısında keçiriləcəyini və bunu, iyulun 1-dən sonrakı dövrü əhatə edəcəyini bildirdi.

“BBC”-nin yazdığı kimi, Şotlandiya Milli Partiyasının üzvü Stiven Flinn İcmalar Palatasına gələn baş nazirə seçkilərin tarixi ilə əlaqədar sual ünvanladı. Parlamentdən Dauninq-stritə qayıdan Rişi Sunak Nazirlər Kabinetinin üzvlərini yanına çağırdı. Rişi Sunak seçkilərin vaxtından əvvəl keçirilməsi ilə bağlı qərarı Nazirlər Kabineti ilə görüşdən sonra qəbul etdi.