"Reuters" - Ukrayna nümayəndə heyəti bildirir ki, Dmitri Kuleba və onun çinli həmkarı arasında dərin və konkret söhbət olub
"Reuters" - Ukrayna nümayəndə heyəti bildirir ki, Dmitri Kuleba və onun çinli həmkarı arasında dərin və konkret söhbət olub

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Quançjou şəhərində çinli həmkarı Vanq Yi ilə görüş keçirib.

Ukrayna nümayəndə heyətindəki mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, danışıqlar üç saatdan çox davam edib.

“Çox dərin və konkret söhbətlər oldu”, – deyən Reuters mənbəsi danışıqların planlaşdırıldığından daha uzun sürdüyünü qeyd edib.

Dmitri Kuleba iyulun 23-də Çinə gəlib. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqların əsas mövzusu Rusiyanın təcavüzünə son qoymağın yollarının axtarışı, eləcə də sabit və ədalətli sülhün əldə olunmasında Çinin mümkün rolunun müzakirəsidir.

Kulebanın sözlərinə görə, bu, Ukrayna xarici işlər nazirinin 2012-ci ildən sonra ilk ikitərəfli səfəridir.

Dmitri Kulebanın Çinə səfəri iyulun 25-dək davam edəcək.