"Reuters" - İsrailin Xan Yunisə hücumu nəticəsində onlarla fələstinli həlak olub, yüzlərlə insan yaralanıb
"Reuters" - İsrailin Xan Yunisə hücumu nəticəsində onlarla fələstinli həlak olub, yüzlərlə insan yaralanıb

İsrailin Xan Yunisə hücumu nəticəsində onlarla fələstinli həlak olub, yüzlərlə insan yaralanıb. “Reuters” bu barədə “Həmas”ın idarə etdiyi Qəzzanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Hücum Qəzzanın cənubundakı, köçkünlərin çadırlarda yaşadığı Xan Yunis qəsəbəsinə edilib.

“İsrail Müdafiə Qüvvələri Xan Yunisdə məcburi köçkünlərin çadırlarını bombalayıb. Dəhşətli qırğında mülki fövqəladə xidmət işçiləri də daxil olmaqla 100-dən çox adam ölüb və yaralanıb”, – HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin bəyanatında deyilir.