"Reuters" - İsrailin Rafahda təxliyə zonasına endirdiyi hava zərbəsi nəticəsində azı 21 nəfər həlak olub
"Reuters" - İsrailin Rafahda təxliyə zonasına endirdiyi hava zərbəsi nəticəsində azı 21 nəfər həlak olub

 
İsrail Rafahın qərbində yerləşən təxliyə zonasına zərbə endirib, nəticədə azı 21 nəfər həlak olub.

Bu haqda “Reuters” Qəzza sektorunda “HƏMAS”ın nəzarətində olan Səhiyyə Nazirliyinin rəsmi şəxslərinə istinadən yazır.

Həlak olanların ən azı 12-sinin qadın olduğu qeyd edilir.

Bununla yanaşı, rəsmi şəxslərin dedikləri üzrə, İsrailin tankları Rafah şəhərinin mərkəzinə çatıb.

İsrailin hərbçiləri silahlı qüvvələrin Rafahda hərbi əməliyyatı davam etdirdiyini bəyan ediblər, lakin şəhərin mərkəzindəki irəliləyiş haqda şərh verməyiblər.