Respublika xəstəxanasına gətirilən pasiyentdə koronavirus təsdiqləndi
Mərkəzi Universtitet Klinikasında qalan (Respublika Xəstəxanası) bir pasiyentdə koronavirus təsdiqləndi. Pasiyent koronavirusa yoluxan digər pasiyentin uşağıdır.
Bu haqda məlumatı jurnalistlərə Respublka Xəstəxanasının direktoru Levan Qopodze verdi.
Onun dediyinə görə, Respublika Xəstəxanasında hazırda 47 pasiyent var. Onlardan dördünün koronavirus xəstəliyi təsdiqlənib.
“İnfeksiyaya yoluxan ana-uşaq Milli Bank klasterindən deyil, onlar da daxili yayılma qurbanlarıdır və yoluxmanın mənbəyi də bilinir. Dördüncü şəxslərdən yoluxma halları bizdə hələlik yoxdur” – dedi Levan Qopodze.
Digər pasiyentlərdən üçünün pnevmoniyası var. Ümumilikdə isə, onların vəziyyətləri stabildir.