Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədi Türkiyəyə dəvət etməyi planlaşdırdığını açıqlayıb.
Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədi Türkiyəyə dəvət etməyi planlaşdırdığını açıqlayıb.

Türkiyə prezidentinin sözlərinə görə, o, Suriya prezidenti Bəşər Əsədi Türkiyəyə dəvət etməyi planlaşdırır.

Bu barədə Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Biz prezident Əsədə dəvət göndərəcəyik ki, Türkiyə-Suriya münasibətləri keçmişdə olduğu nöqtəyə qayıda bilsin. Biz istənilən vaxt dəvətimizi elan edə bilərik. Əsədlə Türkiyədə görüşlə bağlı Rusiya prezidenti Vladimir Putinin, İraqın baş nazirinin də öz mövqeyi var. Biz həmişə vasitəçilikdən danışırıq, qonşumuzla danışıq aparmışıqmı? İndi biz o həddə çatmışıq ki, Bəşər Əsəd Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atanda biz də oxşar yanaşma nümayiş etdirəcəyik”, – deyə Ərdoğan bildirib.

Daha əvvəl Türkiyə prezidenti xatırladıb ki, Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə etmək üçün Suriya və Rusiya prezidentlərini Türkiyəyə dəvət etməyi düşünür.