Rəcəb Tayyib Ərdoğan - Sionist barbarlığı hələ də öz məqsədlərinə çata bilməyəcək
Rəcəb Tayyib Ərdoğan - Sionist barbarlığı hələ də öz məqsədlərinə çata bilməyəcək

Sionist barbarlığı hələ də öz məqsədlərinə çata bilməyəcək. – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS lideri İsmayıl Haniyənin qətli ilə bağlı belə deyib.

Türkiyə prezidentinin sözlərinə görə, bu, Fələstin davasını, Qəzza müqavimətini və fələstinlilərin qanuni mübarizəsini sarsıtmaq, onları ruhdan salmaq, qorxutmaq və sıxışdırmaq məqsədi ilə alçaq bir cəhd idi.

Ərdoğan vurğulayıb ki, qətl Şeyx Əhməd Yasin və Əbdüləziz əl-Rantis kimi fələstinli şəxsiyyətlərə qarşı əvvəlki hücumları təkrarlayır.

Türkiyə prezidenti İslam dünyasını Qəzza zolağında zülmə son qoymaq üçün vahid mövqe nümayiş etdirməyə çağırıb və Türkiyənin paytaxtı Şərqi Qüds olan suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləmək öhdəliyini təsdiqləyib.