Rəcəb Tayyib Ərdoğan - Qərbdə üçüncü dünya müharibəsinə yol açan ölkələr və qruplar var, silah alverçilərinə bazar lazımdır, onlar üçün silah bazarı qərbdir
Rəcəb Tayyib Ərdoğan - Qərbdə üçüncü dünya müharibəsinə yol açan ölkələr və qruplar var, silah alverçilərinə bazar lazımdır, onlar üçün silah bazarı qərbdir

Təəssüf ki, Qərbdə üçüncü Dünya Müharibəsinə yol açan ölkələr və qruplar var. Silah alverçilərinin bazara ehtiyacı var, silah alverçilərinin bazarı Qərbdir, – bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidentinin söylədiyinə görə, Ankara Rusiya ilə Ukrayna arasında müharibənin nəhayət bitməsini istəyir.

“İllərdir səsləndirdiyimiz “Dünya beşdən böyükdür” və “Daha ədalətli dünya mümkündür”- tezislərimiz bu mənfi atmosferi dağıtmaq və böyük müharibə riskini aradan qaldırmaq üçün irəli sürdüyümüz konkret qərarlardır. Bizim etməli olduğumuz şey qlobal sistemi yenidən nəzərdən keçirmək, hər kəsin ayrı-seçkilik etmədən beynəlxalq qanunlara riayət etməsini təmin etmək, terrorizmi kollektiv mənada aradan qaldırmaq və ədalətə əsaslanan qlobal paylaşma sistemini həyata keçirməkdir”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.