Rəcəb Tayyib Ərdoğan İrakli Kobaxidzeni Müstəqillik Günü münasibətilə təbrik edir
Rəcəb Tayyib Ərdoğan İrakli Kobaxidzeni Müstəqillik Günü münasibətilə təbrik edir

 
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Müstəqillik Günü münasibətilə təbrik edir.

Təbrik məktubunda qeyd edildiyi kimi, İrakli Kobaxidzenin Türkiyəyə son səfəri zamanı Türkiyə ilə Gürcüstan arasında sıx dostluq münasibətləri və strateji tərəfdaşlıq səviyyəsində olan əməkdaşlıq müzakirə olunub.

“Hörmətli Baş nazir, xalqım və şəxsən öz adımdan qonşu və dost Gürcüstanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin Türkiyəyə son rəsmi səfəriniz zamanı Türkiyə ilə Gürcüstan arasındakı sıx dostluq münasibətlərini və strateji tərəfdaşlıq səviyyəsində olan nümunəvi əməkdaşlığı ətraflı müzakirə etmək imkanımız oldu.

İnanıram ki, xalqlarımız və bölgəmiz üçün sabitliyə və firavanlığa nail olmaq naminə bu istiqamətdə daha çox irəliləyiş əldə edəcəyik.

Fürsətdən istifadə edərək, zati-alinizə cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına isə sülh və firavanlıq arzulamaq istəyirəm”- deyə Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin yaydığı təbrik məktubunda qeyd olunub.