Rəcəb Tayyib Ərdoğan - Dünya manyak, vampir Netanyahunun barbarlığını canlı izləyir, çox gec deyil, dərhal dayandırılmalıdır
Rəcəb Tayyib Ərdoğan - Dünya manyak, vampir Netanyahunun barbarlığını canlı izləyir, çox gec deyil, dərhal dayandırılmalıdır

Dünya Benyamin Netanyahu adlı xəstə, manyak, psixopat və qan içən vampirin barbarlığını canlı izləyir. – Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə prezidentinin sözlərinə görə, soyqırım, qəddarlıq, vəhşilik çox gec olmadan, Benyamin Netanyahu və onun qanlı şəbəkəsi tamamilə nəzarətdən çıxmadan bəşəriyyətin ittifaqı tərəfindən təcili şəkildə dayandırılmalıdır.

Ərdoğanın sözlərinə görə, soyqırımı törədənlər məsuliyyətə cəlb olunmayana qədər dünya dinclik tapmayacaq.

“Dünya ölən körpələri, uşaqları və günahsız vətəndaşları unutmayacaq. Xəstəxanaları, universitetləri, məscidləri, kilsələri və qaçqın düşərgələrini hədəf alan bu barbarlıq unudulmayacaq. Jurnalistləri, alimləri qəsdən qətlə yetirən bu vəhşilik unudulmayacaq. İsrail administrasiyası və sionist lobbisinin açıq təhdidlərlə Ədalət Divanı və hakimlərə təzyiq göstərməyə çalışdığını görürük. Onların bunu etməsinə icazə verilməməlidir. İsrailin ədalətin təzahürünün son qəlpəsini də məhv etməsinin qarşısı alınmalıdır”. – Türkiyə prezidenti bildirib.