Rəcəb Tayyib Ərdoğan - Avropa İttifaqının yalnız öz maraqlarını nəzərə alan bəzi üzvləri Türkiyənin Avropa İttifaqına qatacağı dəyəri dərk edə bilmirlər
Rəcəb Tayyib Ərdoğan - Avropa İttifaqının yalnız öz maraqlarını nəzərə alan bəzi üzvləri Türkiyənin Avropa İttifaqına qatacağı dəyəri dərk edə bilmirlər

 
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə İspaniyada hökumətlərarası sammitdədir.

Ərdoğan, hökumətlərarası sammitin əsasən iqtisadiyyat, ticarət və investisiyalara diqqət yetirəcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan sammitdə Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzv olmaq istəyindən bir daha danışıb və bəzi üzvlərin Türkiyənin bu səmimi addımlarını əngəlləməsindən narahatlığını dilə gətirib.

“Səmimi səylərimizə baxmayaraq, Avropa İttifaqının yalnız öz maraqlarını nəzərə alan bəzi üzvləri Türkiyənin Avropa İttifaqına qatacağı əlavə dəyəri dərk edə bilmirlər” – deyə Ərdoğan açıqlayıb.

Ərdoğan həmçinin “seçkilərin təsiri və Avropada ifrat sağçı siyasətin yüksəlişindən” narahatlığını ifadə edib.

“Avropa Parlamentinin seçkilərinin nəticələri və Avropada ifrat sağçı siyasətin yüksəlişi, şübhəsiz ki, bu düşüncə tərzini gücləndirir” – Ərdoğan qeyd edib.