Rati İonatamişvili - Şəffaflıq qlobal çağırışdır, "Google"un da artıq şəffaflıq reyestri var
Rati İonatamişvili - Şəffaflıq qlobal çağırışdır, "Google"un da artıq şəffaflıq reyestri var

Şəffaflıq qlobal çağırışdır, “Google”un da artıq şəffaflıq reyestri var-bu haqda “Gürcü Arzusu”nun üzvü Rati İonatamişvili sosial şəbəkədə yazır.

“Şəffaflıq qlobal çağırışdır! Ölkələr və təşkilatlar bir-birinin ardınca bu çağırışa müvafiq şəkildə cavab verməyə çalışırlar. “Google”un da artıq şəffaflıq reyestri var. Bir tək Gürcüstanda bu çağırışla mübarizəni “rus” adlandırmağa çalışırlar.

Biz gürcülər isə qorxaq və başqalarına itaət edən deyilik” – Rati İonatamişvili yazır.

“Politico” nəşri bu gün məqalə dərc edib və məqaləyə əsasən, “Ursula fon der Laien “Google” tərəfindən hazırlanan 70.000 avroluq reklam kampaniyasının arxasında olduğunu ifşa etməyib, bununla da Avropa İttifaqının qaydalarını pozub”.

“Reklamın “Google”un axtarış sistemi və “YouTube”da Avropa miqyasında milyonlarla baxışı var. Video çarxlar fon der Laienin liderlik keyfiyyətlərinə və Avropa İttifaqının layihəsinə onun sadiqliyinə diqqət çəkib. Lakin, fon der Laien haqqında heç bir reklamda onun seçki kampaniyasından və ya onun özünün “Avropa Xalq Partiyası”ndan “Google”un şəffaflıq reyestrində rəsmi alıcı kimi bəhs edilməyib. Bunun yerinə Parisdə əsası qoyulmuş MCC AdQuality konsaltinq şirkəti fon der Laienin seçki kampaniyasını dəstəkləyən partiyanın rəqəmsal mesajlarına cavabdeh olan təşkilat kimi qeyd edilib”, – məqalədə qeyd edilir.