Rati İonatamişvili amnistiyanın Mixeil Saakaşviliyə şamil edilməyəcəyini bildirir
Rati İonatamişvili amnistiyanın Mixeil Saakaşviliyə şamil edilməyəcəyini bildirir

 
9 milyon larini israf edən, rəqiblərini qəddarcasına döyən, öz siyasi və dövlət vəzifələrindən vicdansızlıqla istifadə edən şəxslərə heç vaxt heç bir amnistiya layihəsi şamil edilməməlidir- bu haqda “Gürcü Arzusu”nun üzvü Rati İonatamişvili deyib.

O bildirib ki, Saakaşvilinin cinayətkar fəaliyyətinə görə bu gün də ona pərəstiş edən pərəstişkarlarının sayı azalıb.

“Aydındır ki, doqquz milyon larini israf edən, rəqiblərini qəddarcasına döyən, vəzifələrindən vicdansızlıqla istifadə edən şəxslərə və iri miqyaslı cinayətkarlara heç vaxt heç bir amnistiya layihəsi şamil edilməməlidir. Bu sonuncunu Qirqvliani işində Strasburq məhkəməsi xüsusilə və aydın şəkildə qeyd etmişdi. Müxalifətdə kriminal təfəkkürə malik insanlar üstünlük təşkil edirlər. Bu şəxslər Strasburq məhkəməsi tərəfindən dəfələrlə mühakimə olunublar. Strasburq məhkəməsi birmənalı olaraq Mixeil Saakaşvili ilə bağlı bütün spekulyasiyalara son qoydu. Bu gün Mixeil Saakaşvilinin siyasi məhbus olması haqda yalnız müxalifət danışır və artıq başqa mənbələrdən mədət ummurlar. Saakaşvilinin məhz cinayətkar fəaliyyətinə görə bu gün də ona pərəstiş edən pərəstişkarlarının sayının azaldığını buradan da görmək olar” – Rati İonatamişvili bildirib.

“Gürcü Arzusu” amnistiya haqqında qanun layihəsinin təşəbbüsünü irəli sürüb.