Rati Breqadze - Avropa Məhkəməsi prezidentin əfv hüququnun mütləq ixtiyar olmadığını və ondan sui-istifadənin cəzalandırılma ilə nəticələnə biləcəyi haqda hökumətin mövqeyini bölüşdü
Avropa Məhkəməsi prezidentin əfv hüququnun mütləq ixtiyar olmadığını və ondan sui-istifadənin cinayət hüququ ilə cəzalandırılma ilə nəticələnə biləcəyi haqda hökumətin mövqeyini bölüşdü -bu haqda Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
Breqadze bu haqda bu gün keçirilən brifinqdə açıqlayıb.
Həmçinin, nazir Strasburq məhkəməsinin Mixeil Saakaşvilinin guya ona qarşı siyasi təqibin həyata keçirilməsi ilə bağlı daha bir iddiasını qəbul etmədiyini bildirib.
“Saakaşvilinin guya ona qarşı siyasi təqibin həyata keçirilməsi ilə bağlı iddialarına gəlincə, Strasburq məhkəməsi Gürcüstan hökumətinin mövqeyini tamamilə bölüşdü və bunu o qədər əsassız hesab etdi ki, onu qəbuledilməz elan etdi və hətta müzakirə edilməsi üçün zərurət belə görmədi” – Breqadze deyib.
Strasburq məhkəməsinin qərarına əsasən, “Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə qarşı cinayət hüququ prosesinin ədalətliliyinə şübhə etmək üçün heç bir əsas yoxdur”.