Radoslav Sikorski - Polşa Ukraynaya hərbçilərin göndərilməsini istisna etməməlidir
Radoslav Sikorski - Polşa Ukraynaya hərbçilərin göndərilməsini istisna etməməlidir

 
Polşa Ukraynaya hərbçilərin göndərilməsini istisna etməməlidir. Bu haqda Polşanın xarici işlər naziri Radoslav Sikorski müsahibəsində deyib.

Polşanın “Gazeta Wyborcza”, İtaliyanın “La Repubblica” və İspaniyanın “El Pais” qəzetlərində Sikorskinin müsahibəsi dərc olunub.

Polşanın Ukraynaya hərbçiləri göndərməyə hazır olub-olmaması ilə bağlı suala Sikorski belə cavab verib: “Biz bunu istisna etməməliyik”.

Bununla yanaşı, Sikorski bu halda Polşa qüvvələrinin hansı rol oynayacağını dəqiqləşdirməyib. “Putini niyətlərimiz haqda fikirlərdə qoymalıyıq” – Sikorski bildirib.

Fransanın Prezidenti Emmanuel Makron Ukraynaya qoşunların mümkün göndərilməsi haqda ilk bəyanatı fevralda vermişdi.