Quram Macaraşvili - Başqa ölkənin maraqlarına xidmət edəndə heç bir xartiya səni xilas edə bilməz, onları xilas edəcək yeganə şey xalqın bu insanlara son olaraq nöqtə qoyacağı 26 oktyabrdır
Başqa ölkənin maraqlarına xidmət edəndə heç bir xartiya səni xilas edə bilməz, onları xilas edəcək yeganə şey xalqın bu insanlara son olaraq nöqtə qoyacağı 26 oktyabrdır-bu haqda “Xalqın Gücü”nün icraçı katibi Quram Macaraşvili bildirib.
“Prezidentin xartiyası Salome Zurabişvilinin ağılsızcasına səsləndirdiyi referendumla eyni gələcəyi paylaşır, çünki elə həmin axşam həm müxalifət, həm də onların ekspertləri referendum məsələsini prezident Zurabişvilinin başına çırpdılar. Bu xartiyanı da eyni tale gözləyir, çünki başqa ölkənin maraqlarına xidmət edəndə heç bir xartiya səni xilas edə bilməz . Onları xilas edəcək yeganə şey xalqın bu insanlara son olaraq nöqtə qoyacağı 26 oktyabrdır”– Quram Macaraşvili bildirib.
Gürcüstanın Prezidenti Salome Zurabişvili siyasi partiyalara “Gürcü xartiyası” fəaliyyət planını təqdim edib. Salome Zurabişvilinin bəyanatına əsasən, “Gürcü xartiyası”nda cəmiyyətin sifariş və tələbi əks olunub.