Quram Doçanaşvilini  Saburtalo qəbiristanlığında bu gün dəfn edəcəklər
Quram Doçanaşvilini Saburtalo qəbiristanlığında bu gün dəfn edəcəklər

 Klassik yazıçı Quram Doçanaşvili bu gün dəfn ediləcək. Onu, Saburtalo qəbiristanlığında oğlunun yanında dəfn edəcəklər.

Mülki yas mərasimi  Sameba məbədində keçirilir. Hər kəsin sevimlisi olan  yazıçı ilə yaxınları və pərəstişkarları vidalaşırlar.

 Quram Doçanaşvili   aprelin 3-də 82 yaşında vəfat edib. Səhhətinin ağırlaşması səbəbindən yazıçı   tibb müəssisəsinin reanimasiya şöbəsində qalırdı.