Qubaz Sanikidze Gürcüstanın Birinci Kanalının jurnalistini "provokator" və "dezinformator" adlandırdı
Qubaz Sanikidze Gürcüstanın Birinci Kanalının jurnalistini "provokator" və "dezinformator" adlandırdı

Gürcüstanın Birinci Kanalı tərəfindən Parlamentə daxil olmaq məsələsi barəsində “Milli Hərəkat” partiyasının seçki siyahısının üzvü, Qubaz Sanikidzenin şərhinin yayılmasından sonra, Qubaz Sanikidze Gürcüstanın Birinci Kanalının jurnalistini “provokator” və “dezinformator” adlandırdı.

Sanikidze şərhin məğzi barəsində iradını bildirdi və qeyd etdi ki, bənzər bəyanat verməyib. Bundan başqa, “Presa.ge” onlayn nəşr Sanikidzenin bəyanatını yaydı və sübut edir ki, sank iGürcüstanın Birinci Kanalı məlumat yaydı ki, sanki o, parlamentə girməyi planlaşdırır, halbuki bənzər mətnli cümlə Gürcüstanın Birinci Kanalı tərəfindən yayılan materialda yoxdur.

Gürcüstanın Birinci Kanalı bu gün Qubaz Sanikidze ilə telefonla əlaqə saxladı və Parlamentə daxil olmaq barəsində sual verdi. Qubaz Sanikidze cavab veri: “Sualınıza cavab verə bilmərəm mənim yaxşı insanım. Ona görə cavab verə bilmərəm ki, bax, iki-üç gün vaxt verin, sonra cavab verəcəm. Bu təqdirdə mənin fikrim maraqlı deyil, inanın. Hazırda tamaşaçıyam, bizim bəxtsiz vətənimizin adi vətəndaşıyam.

Söhbətin audio yazısı mövcuddur.