Qiorqi Xojevanişvili fermerlərə kənd təsərrüfatı ilə bağlı böhran əleyhinə planı təqdim edib

Şida Kartlinin qubernatoru,Qiorqi Xojevanişvili  kənd təsərrüfatı ilə bağlı böhran əleyhinə planla nəzərdə tutulmuş güzəştlərə dair  Qori Munisipalitetinin fermerlərinə məlumat verib.

Onun sözlərinə görə, yaxın günlərdə  bölgənin hər bir munisipalitetində yerli özünüidarəetmənin iştirakı ilə böhran əleyhinə plana dair  sakinlərin maksimal şəkildə məlumatlandırılması prosesi aparılacaq.

Görüşdə fermerlər kənd təsərrüfatı istiqamətində bölgədə mövcud çağırışlar və prioritetlər barədə danışıblar.

Hökumət tərəfindən təqdim olunmuş kənd təsərrüfatı ilə bağlı böhran əleyhinə plan″Kəndə və fermerə qayğı″  kənd təsərrüfatı məhsulu və şumlama xidmətinin dəyərlərinin subsidiyasını nəzərdə tutur.

Proqramla nəzərdə tutulmuş subsidiyanı almaq üçün ,fiziki və hüquqi şəxslərin  mülkiyyətində  ictimai reestrdə qeydiyyatdan keçmiş  kənd təsərrüfatı təyinatlı  torpaq sahəsi  olmalıdır.

Proqramdan 200 000-dək fermer yararlanacaq.Proqramın büdcəsi 37 000 000 larini təşkil edir və  2020-ci ilin may ayının 20-dən etibarən həyata keçirilməsinə başlanılacaq.

 

Hazırladı-Sevinc Mustafayeva