Qiorqi Vaşadze - Pridon Bubuteişvilinin ifadəsi "Gürcü Arzusu"nun növbəti uydurma yalanıdır, bu nəticə verməyəcək
Qiorqi Vaşadze - Pridon Bubuteişvilinin ifadəsi "Gürcü Arzusu"nun növbəti uydurma yalanıdır, bu nəticə verməyəcək

 
Ölkədə məcburi ifadələrə və zorakılığa birdəfəlik son qoyulması, Gürcüstanın Avropaya inteqrasiyasını davam etdirməsi üçün oktyabrın 26-da biz hamımız birlikdə qalib gələcəyik – bu haqda “Birlik – Milli Hərəkat”ın liderlərindən biri Qiorqi Vaşadze bildirib.

Vaşadze məhkəmə prosesində Pridon Bubuteişvilinin ifadəsinə münasibət bildirib.

“Bu, iflasa uğramış və məhvə məhkum olmuş “Gürcü Arzusu”nun növbəti uydurma yalanı və təhrifindən başqa bir şey deyil. Bu ölkədə məcburi ifadələrə və zorakılığa birdəfəlik son qoyulması, Gürcüstanın Avropaya inteqrasiyasını davam etdirməsi üçün oktyabrın 26-da biz hamımız birlikdə qalib gələcəyik. Bütün bunlar iflasa uğramış, məhvə məhkum olmuş, yalan uydurmaqda ustalaşmış “Gürcü Arzusu”nun dəsti-xəttidir. Bizi gözdən salmağı özlərinə hədəf seçiblər və daha doğrusu, məğlub olurlar və xaotik şəkildə addımlar atırlar. Bu heç bir nəticə verməyəcək” – Qiorqi Vaşadze bildirib.

Prokurorluğun parlamentin darvazasına ziyan vurmaqda və yanğınsöndürən-xilasedicilərə daş atmaqda ittiham etdiyi “Xarici təsirin şəffaflığı qanunu”na qarşı etiraz aksiyasında saxlanılan Pridon Bubuteişvili Qiorqi Vaşadzenin sifarişi ilə hərəkət etdiyini bildirib. “Bütün bunları Qiorqi Vaşadzenin sifarişi ilə etmişəm. Mənə dedi ki, vur, bir şey olsa, buradayam və səni çıxaracam. Fakt göz önündədir, məni çıxarmadı da və…” – Bubuteişvili sentyabrın 17-də keçirilən məhkəmə prosesində bildirib.